10.08.2022
10 avqust 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin Bağırlı kənd kitabxana filialında Azərbaycan ədəbiyyatının görkəmli
nümayyəndəsi Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə
əlaqədar olaraq “Xurşidbanu Natəvan-190” başlığı altında tədbir keçirildi. Bağırlı
kənd kitabxana filialının müdiri Məmmədova Məhsəti Xurşidbanu Natəvan
haqqında məlumat verdi. Tədbirdə Azərbaycan Slavyan Universtetinin II-ci kurs
tələbəsi Əhmədov İlkin, Balaca İstisu kənd kitabxana filialının müdiri Əsgərova
Vüsalə, Tövlədərəsi kənd kitabxana filialının müdiri Xudaquliyeva Məlahət çıxış
edərək bildirdilər ki, Xurşidbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində lirk
şair və rəssam kimi şöhrət tapmasından, ərəb fars dillərini mükəmməl bilməsindən,
xeyihxahlığı ilə ad çıxarmasından, kasıblara, kimsəsizlərə əl tutmasından, Şuşaya
su çəkməsindən danışdılar. Tədbirdə kitabxananın fəal oxucuları Xurşidbanu
Natəvan ilə Rus yazıçısı Aleksandr Dümanın görüş səhnəciyini nümayiş etdirdilər.
Tədbirdə Kəlbəcər rayon Anar Əliyev adına 2 saylı tam orta məkrtəbin şagirdləri
Xurşidbanu Natəvanın şeirlərini söylədilər.