03.05.2018
Goranboy Dövlət Rəsm Qalereyasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edildi.
Tədbiri Qalereyanın direktoru Çinarə Abdullazadə açdı. O, bildirdi ki, 2018-ci il may ayının 28-də müsəlman şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyidir.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cumhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyəti sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdir.
Dəyirmi masa iştirakçıları öz çıxışlarında 28 May – Respublika gününün ən gözəl bayramlarımızdan olduğunu xüsusi vurğuladılar.