Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağ ölümə yox deyək” başlığı altında dəyirmi masa keçirilib

10.08.2022

10 avqust 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında “Ağ ölümə yox deyək” başlığı altında dəyirmi masa keçirilmişdir. Oxu zal müdiri Həbibullayeva Mehriban Narkomaniya və onun gənclərimizə vurduğu zərər haqqında məlumat verdi. Tədbirdə Kəlbəcər rayon 8 saylı tam orta məktəbin müəlliməsi Məmmədova Yasəmən, Kəlbəcər rayonun 9 və 11 saylı tam orta məktəbin 10-cu və 11-ci sinif şagirdləri çıxış edərək bildirdilər ki, Narkomaniyanı dövrün bəlası adlandırılmasından, qloballaşan dünyamızın “Ağ ölüm”ü qara fəsadları ilə dünyanın hər tərəfinə doğru ildırım sürəti ilə yayılmasından, narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğmasından, bu xəstəlik Azərbaycandan da
yan keçməməyindən, respublikamızda narkotik maddə istifadəçilərinin 60 faizdən çoxu gələcəyimiz olan gənclərin olmasından, buna baxmayaraq bir sıra ölkələrlə müqayisədə Azərbaycanda narkotizm o qədər də dəhşətli şəkil almamasından danışdılar.

 

121.5 KB