10.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 10 .08.22-ci ildə növbəti nağıl saatı keçirildi. Bu dəfəki nağıl saatı multikulturalizmin təbliği ilə əlaqədar oldu. Şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva balacalara Talış nagılı olan “Sirli dolça”, Ləzgi nağılı olan “Çınqıdı-çınqıdı bala sərçə” və Avar nağılı olan “Dag və siçan nağıllarını oxudu. Uşaqlar həmişəki kimi xeyirxahlıq, dostluq, mərdlik, mənəvi saflıq, böyüyə hörmət və s. kimi hissləri bu nağıllardada öyrəndilər. Nağıllar uşaqların böyük marağına səbəb oldu. Sonda uşaqların verdiyi suallar ətraflı şəkildə cavablandırıldı.