Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gənclik sabaha ümiddir” adlı onlayn konfrans keçirilib

10.08.2022

 Gəncə regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9№li kitabxana filialı 10.08.2022-ci il tarixində Beynəlxalq Gənclər Günü münasibəti ilə “Gənclik sabaha ümiddir” adlı onlayn konfrans keçirtdi.

 Tədbiri giriş sözü ilə açan filial müdiri Səkinə Hacıyeva gəncləri bu gün münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Səkinə Hacıyeva bildirdi ki, Beynəlxalq Gənclər Günü gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının təklifi ilə 1999-cu ildə 17 dekabr BMT Baş Assambleyası tərəfindən yaradılmış və ilk dəfə 2000-ci il avqustun 12-də qeyd edilmişdir. Tarixən cəmiyyətdəki bütün mühüm dəyişikliklər həmişə gənclər tərəfindən olub. Onları maarifləndirmək, hərtərəfli inkişaf etdirmək hər bir xalqın, hər bir dövlətin borcudur. Dövlətin inkişaf yolunu məhz məktəblilər, tələbələr, gənc işçilər, gənc sahibkarlar müəyyən edəcəklər. Onlar dünyanı yaxşılığa doğru dəyişmək üçün çox fəaldırlar və enerji ilə doludurlar. Dünyada baş verən yeniliklərə, mütərəqqi dəyişiliklərə meyilli, öyrəndiklərini tətbiq etməyə, hünər göstərməyə həvəslidirlər. Keçirilən tədbirlərin gənclərin özlərini cəmiyyətin ən fəal üzvi kimi göstərməyə, dəyişikliklərə tez uyğunlaşmağa və yeni biliklərə yiyələnməyə imkan verdiyini qeyd etdi 


 

 

62.8 KB