Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ağ ölümə qarşı”mübarizə adlı tədbir keçirilib

09.08.2022

09.08.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyində "Ağ ölümə qarşı"mübarizə adlı tədbir keçirildi.Tədbirdə Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev, nümayəndəliyin əməkdaşları və gənclər iştirak etdilər.Tədbiri giriş sözü ilə muzeyin direktoru Tofiq Məmmədov açaraq Narkomaniya və narkotik vasitələrin insan üçün zərərindən,bu sahədə mövcud qanunvericiliyin tələblərindən danışdı.Hörmətli Vasif Cennətov tərəfindən təsdiqlənmiş tədbirlər planına uyğun olaraq bu sahənin daim diqqət mərkəzində saxlanıldığını bildirdi.Daha sonra məruzə üçün söz muzeyin bələdçisi Xatirə İsmayılovaya verildi.
Məruzə dinlənildikden sonra çıxış üçün söz Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayevə verildi.Şahid müəllim narkomaniyanın bəşəri bəla olduğunu,buna qarşı hər kəsin öz sahəsində mübarizə aparmasının vacibliyini qeyd etdi.ictimai nəzarət tədbirlərinin davamlı olmasını bildirdi.Dövlətimizin bu sahədə kifayət qədər mübarizə tədbirlərinin güclü və hərtərəfli olduğunu diqqətə çatdırdı.Gənclərin pis vərdişlərdən uzaq olmasını və asudə vaxtlarının səmərəli keçirmələrini məsləhət gördü.Mövzu ətrafında gənclərin çıxışları dinlənildi.Müzakirələr aparıldı.

 

101.2 KB

 

59 KB