Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Dürrü yekta ” adlı elmi - praktik konfrans keçirilib

09.08.2022

09 avqust 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairəsi Xan qızı - Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş " Dürrü yekta " adlı elmi - praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın Abonement bölmə müdiri Gülnar Nəcəfova açaraq Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə ümumi məlumat verdi. Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova, Şəhər Kitabxana filialının müdiri Nərgiz Məmmədova məruzə ətrafı çıxışlar etdilər. Şəhər 2 saylı tam orta məktəbin Vll sinif şagirdi Arzum Quliyeva şairənin " Qərənfil " şeirini səsləndirdi, Xurşidbanu Natəvanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu. Sonda "Xurşidbanu Natəvan - 190" başlıqlı kitab sərgisinə baxış keçirildi. Mərkəzi Kitabxananın kitabxanaçısi Ülviyyə Kazımova " Neçin gəlməz" kitabının təqdimatını etdi

 

73.7 KB

 

60.4 KB