Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək” adlı anım günü keçirilib

08.08.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 07.08.2022-ci il tarixində  II-ci Qarabağ müharibəsi şəhidi  Mustafayev Elvin Fuad oğlunun anadan olmasının 25 illiyi münasibətilə  “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək” adlı anım günü keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.  MKS-nin 19 saylı kitabxana filialının  müdiri Elza Əliyeva  tədbiri açıq elan edərək II-ci Qarabağ müharibəsi şəhidi  Mustafayev Elvin Fuad oğlunun qısa lakin şərəfli həyat yolundan danışdı. Gəncə şəhər Tibb Kollecinin müəlliməsi Zarema Hüseynova “Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi”, MKS-nin 19 saylı filialının kitabxanaçısı Nərgiz Məmmədova “Şəhidlərin arzulan həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar”, oxucu Əliquzuyeva Faizə “Vətən, xalq sevgisini biz şəhidlərdən öyrənirik”adlı çıxışlar etdilər.İştirakçılardan  Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin V sinif şagirdi Nicat Qəhrəmanov “Şəhid atası”, IX sinif şagirdi Günay Cahanova  şair Qabil Ədalətin “Şəhidlər”, Mehri Qəşəmli  xalq şairi Zəlimxan Yaqubun “Şəhidlər” , Mehran Qəşəmli “Mən əsgərəm”, İnci Qəşəmli “Şəhidlər ana yurdun qüruru, iftixarı” adlı təqdimat və şerlər söyləyərək çıxışlar etdilər. Allah bütün şəhidlərə rəhmət eləsin.

 

78.9 KB

 

85.6 KB