05.08.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 5.08.2022-ci il tarixdə XIX əsr Azərbaycanın görkəmli şairi Xurşudbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə "Xurşidbanu Natəvanı tanıyırıqmı?" başlıqlı viktorina keçirdi.
Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq hər kəsi salamladı və bu ilin "Şuşa ili" olması ilə Şuşanın tarixi, ədəbi mühiti, bəstəkarları, xanəndələri haqqında qısa məlumat verdi. Bu gün ki, tədbirimiz isə Xurşudbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmişdir söylədi. Tədbiri keçirmək üçün Xurşudbanu Natəvanın həyat və yaradıçılığı ilə bağlı iyirmi beş sual hazırlanmışdır. İştirakçılar 2 komandaya bölündülər. Komandalardan biri "Qartal" digəri isə "Zirvə" adlandırıldı. Şərtlər əvvəlcədən komandalara bildirildi. "Qartal" komandası iyirmi bir on doqquz hesabı ilə "Zirvə" komandasına qalib gəldi. Viktorina iştirakçılar tərəfindən böyük coşqu ilə keçdi. Hər iki komandanın viktorinaya hazırlaşmasında GDU-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının 3-cü kurs tələbələri Nəzrin Hüseynova və Sona İsgəndərova bilik və bacarıqlarını əsirgəmədilər. Bu tədbirlə yeniyetmələr Şuşanın tanınmış şairə, rəssam və xeyriyyəçi qızı Xurşudbanu Natəvanın həyat və yaradıcılığı haqqında xeyli məlumat öyrəndilər. Tədbiri keçirməkdə məqsədimiz iştirakçılara vətənpərvərlik hisslərini aşılamaq, Şuşanın ədəbi mühitinin və tanınmış şəxsiyyətlərinin Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında hər zaman mühüm rol oynadığını çatdırmaq idi.