03.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 02.08.22- ci il tarixdə 2 avqust Azərbaycan Kinosu Günü ilə əlaqədar kinoşünas Aydın Kazımzadənin "Üzeyir Hacıbəyov və kino" adlı kitabının müzakirəsini keçirdi.Tədbir kitabxanaçı Vüsalə Mustafayevanın giriş sözü ilə başladı.Aparıcı qısaca olaraq Azərbaycan kinosunun yaranma tarixi haqqında məlumat verərək bildirdi ki, bu il Azərbaycan kinosunun 124 yaşı tamam olur və 1996- cı ildə kinoşünas Aydın Kazımzadənin araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898- ci ildən başlandığı sübut olundu və Ümummilli lider Heydər Əliyevin 2000 - ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2 -si Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Sonra aparıcı qısaca olaraq müəllif və müzakirə olunan kitabın mühüm məqamlarını nəzərə çatdırdı və qeyd etdi ki, "Üzeyir Hacıbəyov və kino" kitabı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı və onun məşhur "Arşın malalan" və "O olmasın,bu olsun" musiqili komediyaları haqqında söhbət açır.Sonra aparıcı sözü çıxışçılara yönəltdi. Kitabxananın fəal oxucusu Gülçin Bağırova qeyd etdi ki, kitabı oxuduqda bir daha inanırsan ki, Üzeyir Hacıbəyovun gördüyü böyük işləri,Vətəninə və xalqına xidmət etməsi öz layiqli həllini tapmışdır.Digər fəal oxucumuz Səkinə Salmanova vurğuladı ki, bu kitab Azərbaycan tarixinin şərəfli səhifələrini işıqlandırır. Tədbirin sonunda kitabxanaçı vurğuladı ki, "Üzeyir Hacıbəyov və kino " kitabı istər Üzeyirşünaslığa, istərsə də kino tariximizi öyrənənlərə dəyərli bir töhfədir.