Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hansı uşaq filmlərini tanıyırsınız? adlı sual-cavab gecəsi keçirilib

02.08.2022

Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 02.08.22-ci il tarixində 2Avqust Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq “Hansı uşaq filmlərini tanıyırsınız? adlı sual-cavab gecəsi keçirildi. Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq qeyd etdi ki, bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.Azərbaycan kinosu ilk yarandığı vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olmuşdur. Azərbaycan filmləri arasında xüsusi yer tutan uşaq filmləri ictimai məzmun və əhəmiyyəti ilə seçilərək hər zaman uşaqların mənəvi tərbiyəsində böyük rola malik olmuşdur. Bunun üçündə  bütün dövrlərdə geniş tamaşaçı auditoriyası tərəfindən sevə-sevə izlənilmişdir.  Uşaqlar filmlərdə cəsarəti, xeyirxahlığı, xeyirin şər üzərində qələbəsini,bu zəfərin məhz elm, bilik vasitəsilə əldə olunmasını, insanların elinə, obasına, torpağına məhəbbəti,xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini, mərdliyi, cəsarəti, dostluğu və s. öyrənirlər. Sonra tədbirdə uşaq filmlərindən şəkillər, video fraqmentlər nümayiş olunaraq hansı filmdən bəhs  olunduğu haqqında sual olundu. Eləcədə filmlərdəki qəhrəmanların adları, onların işlətdikləri cümlələr saslənərək hansı fimə aid olunduğu soruşuldu. Bütün suallar uşaqlar tərəfindən maraqla cavablandırıldı. 2 saatdan artıq davam edən tədbirin sonunda  “Bir qalanın sirri filmi” nümayiş olundu. 


 

 

172 KB