Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyimiz əbədidir”

24.05.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Mədəniyyət Mərkəzində 1918-ci il 28 May – Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı ədəbi-bədii kompozisiya təqdim olundu.

Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva açıq elan etdi və Azərbaycan Dövlət himni səsləndirildi. Şəlalə Tağıyeva Cumhuriyyətin yaranması və baniləri haqqında geniş məlumat verdi.

Tədbirdə “Bədii-qiraət” dərnəyinin və “Folklor” dərnəyinin üzvləri mahnı və şeirlərlə iştirak etdilər. Eləcə də Mərkəzin işçiləri Cumhuriyyətin yaranması tarixi haqqında geniş məruzə etdilər.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva Mərkəzin fəal dərnək üzvlərini fəxri fərmanlarla təbrik etdi.