Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dilimiz  milli varlığımızdır” başlıqlı onlayn tədbir keçirilib

02.08.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 1.08.2022-ci il tarixdə 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Günü  münasibətilə "Dilimiz  milli varlığımızdır" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bu günün yaranma tarixi haqqında məlumat verdi. Tədbirdə  GDU-nin dosenti, xarici dillər kafedrasının filologiya üzrə fəlsəfə doktoru Suqurə Məhərrəmova, YB üzvü Gəncə YB-nin baş məsləhətçisi Aləmzər Əlizadə, Az.TU-nin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi filoloq Zəminə Novruzova çıxış etdilər. Bu əlamətdar gün Ümummili lider Heydər Əliyev 2001-ci il 9 avqust tarixli Fərmanına  əsasən təsis edilib. 1 avqust tarixinin  seçilməsi də təsadüfi olmayıb, belə ki,  həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb.
Tədbirdə çıxış edənlər istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan  dili  də mürəkkəb və ziddiyətli bir yol qət etmişdir söylədilər. İlk  müstəqilliyimiz dövründə Azərbaycan dili  dövlət dili elan edilmişdir. Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. Dilimiz  milli varlığımızın  və tarixi kimliyimizin əsasən atributlarındandır. Bir xalqın torpağı qədər dili də onun varlığının,  mövcudluğunun şərtidir. Ona görə də torpağı qoruduğumuz kimi, dilimizi də göz bəbəyimiz kimi qorumalı, qayğısına qalmalıyıq. Tədbirdə dilimizin saflığının qorunması, inkişafı üçün qəbul edilmiş Fərmanlar, sərəncamlar və Dövlət Proqramlarından ətraflı danışıldı. Azərbaycan dili xalqımızın mənəvi sərvəti, həmçinin  dünya azərbaycanlılarının  həmrəyliyinin sarsılmaz təməlidir. Sonda kitabxananın fəal oxucusu Nuray Quluyeva Xalq şairi B. Vahabzadənin "Ana dili" şeirini söylədi.

 

1.3 MB