02.08.2022
01.08.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birlikdə "Heydər Əliyev ana dilimizin keşiyində" mövzusunda gənclərlə seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Mərkəzin əməkdaşı Afərin Namazova həmçinin digər iştirakçılar mövzu ətrafında genoş çıxış edərək kökü minilliklərə dayanan Azərbaycan dilinin Azərbaycan türkçəsinin keçdiyi çətin sınaqlardan və günümüzdə dövlət dili olmağlnın qürurundan bəhs etdilər. Həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunmasında göstərdiyi xidmətlərdən geniş bəhs etdilər. Seminar iştirakçılarının sualları cavablandırıldı.