Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Günəşimdir mənim dilim” mövzusunda dəyirmi masa keçirilib

01.08.2022

01 Avqust 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Mərkəzi Kitabxana, Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə 01 Avqust - Azərbaycan əlifbası və Ana dili günü münasibətilə "Günəşimdir mənim dilim" mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açaraq doğma dilimizin tarixi, yaranması barədə ümumi məlumat verdi. Heydər Əliyev Mərkəzinin əməkdaşları Nərmin Şirinbəyli, Rəvanə Məmmədova, Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova, Şəhər Kitabxana filialının əməkdaşı Nərgiz Məmmədova məruzə ətrafı çıxışlar etdilər.

Sonda "Ana dilimiz varlığımızdır" başlıqlı sərgiyə baxış keçirildi. Mərkəzi Kitabxanın əməkdaşı Ülviyyə Kazımova sərgidə nümayiş olunan kitablar barədə tədbir iştirakçılarına məlumat verdi.

 

314.3 KB