01.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 1 Avqust Azərbaycan dili və Əlifbası Günü ilə əlaqədar "Ana dilimiz qürur mənbəyimizdir" başlıqlı sərgi təşkil etdi. Kitabxanaçı Gülarə Ələkbərova iştirakçılara bu günün yaranma tarixi haqqında məlumat verdi. Azərbaycan dilinin zənginliyi haqqında danışdı. Sonra iştirakçılar sərgi ilə tanış oldular. Tədbirdə kitabxananın fəal oxucuları və ətraf sakinlər iştirak edirdi.