Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ana dilim mənim varlığımdır” adlı söhbət keçirilib

01.08.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı kitabxananın fəal oxucuları ilə birgə 01.08.2022-ci il tarixində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Ana dilim mənim varlığımdır” adlı söhbət aparıb.

Tədbirdə Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".

Daha sonra Seyidlər kənd kitabxana filialının daimi oxucusu İmanzadə Aysu qeyd etdi ki, dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin mühüm vətəndaşlıq borcudur.

 

 

91.9 KB