Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Elmə açılan pəncərə” adlı söhbət təşkil edilib

01.08.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 01.08.22-ci il tarixində 1Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Elmə açılan pəncərə” adlı söhbət təşkil edildi. Tədbiri şöbənin müdiri Ellada Rəhimova apararaq bildirdi ki, ümumilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da  imzaladığı fərmana əsasən hər il avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.Ana dili ana qədər əziz, vətən qədər qüdrətlidir.  Hər bir xalqın öz ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir.Milli-mənəvi sərvətimizdən,mənəviyyatımızdan, söhbət düşəndə, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək həmin xalqın özü də yoxdur. Dil xalqın tarixini özündə yaşadan bir vasitədir. Bizim incə, həzin laylalarımız, kövrək bayatılarımız,insanı məğrurluğa, mərdliyə səsləyən qəhrəmanlıq dastanlarımız məhz bu dildə yazılıb. Ona görə də doğma ana dilimizi daha çox sevməli, daha dərindən öyrənməliyik. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Tofiq Bayram, Süleyman Rüstəm və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər. Tədbirdə iştirak edən oxucular ana dilinə həsr olunmuş şeirlər söylədilər və mövzu ilə əlaqədar video-çarxla tanış oldular. Sonda şöbənin müdiri Ellada Rəhimova  kiçik yaşlı oxucular üçün “Əlifba” nağılını söylədi. Tədbirdə kitabxananın oxucuları və valideynlər iştirak etdilər.

 

102.7 KB