Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboyda bayram keçirildi

23.05.2018

Goranboy rayonu Heydər Əliyev Parkında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli bayram konserti təşkil olunmuşdur.

Bədii rəhbər Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və rəqs ansamblı üzvlərinin iştirakı ilə keçirilən konsert izləyicilər tərəfindən böyük coşqu ilə qarşılanmışdır.

Konsertdə xalq artisti, Prezident mükafatçısı Simarə İmanova, əməkdar artist Almaz Orucova, əməkdar artist Fehruz Səxavət, Ümumittifaq və Beynəlxalq müsabiqələr laureatı Nurlan Əzizbəyli, əməkdar artist Səbuhi İbayev, Beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicat, populyar estrada müğənnisi Lətifə Soyuöz, Muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva, əməkdar artistlər Ruslan Hacıyev və Viktoriya Şahmuradovanın çıxışları alqışlarla qarşılanmışdır.

Konsertdə rayon ictimaiyyətinin 5 mindən artıq nümayəndəsi iştirak etmişdir.