01.08.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 29.07.2022-ci il tarixdə " Kitaba olan marağım" başlıqlı sərgi təşkil etdi. Sərgi haqqında tədbir iştirakçılarına kitabxanaçı Səriyyə Abbasova məlumat verdi: Sərgidə 3 dildə həmdə latın və kiril qrafikasında kitab sərgilənmişdi. Sərgidə dünya, klassik, müasir ədəbiyyat və uşaq ədəbiyyatı ilə yanaşı uşaq ensiklopediyasıda nümayiş etdirildi.Sərgidə olan uşaq ədəbiyyatı rəngarəng olduğu üçün uşaqların daha çox diqqətini çəkdi.Gələcəyimiz olan uşaqların sərgidə olan kitablara marağı biz kitabxanaçıları daha çox həvəsləndirdi. Çünki hər gün uşaqlar ensiklopediyadan istifadə edərək yeni məlumatlar əldə edilər.Şəhidlərimizlə bağlı kitablar daha çox oxucuların diqqətini cəlb etdi.Bu isə oxucuların vətənpərliyinin və ordumuza olan sevgisinin təzahürüdür.