01.08.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Seyidlər kənd kitabxana filialı 29.07.2022-ci il tarixində Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar “Söz azadlığı” adlı səyyar kitabxana xidməti təşkil etdi.
Sərgidə kitabxananın fəal oxucuları iştirak edib.Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə sərgi iştirakçıları ilə söhbət zamanı qeyd edib ki, ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və "Əkinçi"qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Azərbaycan dövri mətbuatının bünövrəsi sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazmışdı.
Sonda Seyidlər kənd kitabxanasının oxucularına sərgidə Azərbaycanda milli mətbuatın tarixi və bu haqda yazılmış kitablar təqdim edilib. Sərgi oxucular tərəfindən maraqla qarşılanmış, kitabxanaçı oxucuların suallarını cavablandırmışdır.