01.08.2022
29.07.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 1Avqust–Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibəti ilə “Ana dili varlığımızdır!” adlı söhbət keçirdi. Tədbir uşaq şöbəsinin fəal oxucuları ilə birgə keçirildi. İlk öncə Məmmədova Venera uşaqları salamladı və onlara bu əlamətdar gün haqqında geniş məlumat verdi.Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin 2001-il 9 avqust tarixi fərmanına əsasən təsis edilib. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki,dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Kitabxanaçı Zəminə Məmmədova çıxışında dilimizin bugünkü inkişaf səviyyəsindən ,milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşıldığından danışdı və qeyd etdi ki, Azərbaycan dilini qoruyub saxlamaq və inkişaf etdirmək bu günümüzün ən vacib realliqlarındandır. Gəlin dilimizi qoruyaq!. Sonda fəal oxuculardan Vəliyeva Firuzə: B.Vahabzadənin “Ana Dili” şerini, Qasımova Fidan, Qasımova Sevil, Tağıyeva Ayla və Yusifli Rövşanə Ana dili haqqında aforizimlər səsləndirdilər.