01.08.2022
29.07.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 30 iyul Ümumdünya insan alverinə qarşı mübarizə günü ilə bağlı "İnsanları maarifləndirək" adlı dəyirmi masa keçirildi. Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O bildirdi ki, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı.
Sonrakı çıxışda Mədəniyyət Mərkəzinin bədii rəhbəri Tağıyev Xəzani bildirdi ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir.Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur.
Tədbir zamanı mövzu ətrafında müzakirələr aparıldı-insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulandı.