Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bir kərə yüksələn bayraq bir daha enməz”

26.05.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı dəyirmi masa keçirildi.

Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açdı. Mərkəzi Kitabxananın işçisi Günel Vəliyeva Azərbaycan Xalq Cumhuriyyətinin yaranması tarixindən, Cumhuriyyət dövrünün siyasi xadimlərinin həyat və fəaliyyətindən danışdı. O, qeyd etdi ki, müstəqil demokratik parlamentli Respublika həyata vəsiqə aldı və Azərbaycan xalqını 1918-ci il 28 may istiqlal bəyannaməsi ilə öz müstəqliyinə qovuşdurdu.

Kitabxanaçı Ülviyyə Kazımova çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin qazandığı tarixi nailiyyətlərdən danışdı, müstəqil Azərbaycan xalqının Azərbaycan Xalq Cumhuriyyətnin dövlətçilik ənənələrindən indi də yararlandığını qeyd etdi.

Məruzə ətrafı çıxışlar oldu. Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, Səidə Abdullayeva, Sevda Əliyeva çıxış edərək Cumhuriyyət dövrü siyasi xadimlərinin xatirələrinin ürəklərdə əbədi yaşayacaqlarını qeyd etdilər.

Şəhər 4 N-li kitabxana filialının işçisi Kəmalə İsmayılova Cumhuriyyət dövrünün fəal ziyalı maarifpərvər qadınları haqqında öz fikirlərini söylədi.

Sonda tədbir iştirakçıları təşkil edilmiş sərgi ilə tanış oldular.