29.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 28.07.22-ci il tarixində görkəmli Azərbaycan alimi,pedaqoq Firidun Bəy Köçərlinin ”Balalara hədiyyə” kitabının təqdimatı keçirildi. Tədbirdə Uşaq kitabxanasının oxucuları iştirak etdilər. Şöbənin müdiri Ellada Rəhimova ilk növbədə uşaqlara yazıçı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, xalqının maariflənməsində əlindən gələni əsirgəməyən Firidun Bəy Azərbaycan folklorunun vurğunu idi və o hər zaman hesab edirdi ki, xalqımız yalnız böyük keçmişindən, soyundan-kökündən bəhrələnərək xöşbəxt gələcək qura bilər. Xalqın müdrikliyinin, sevinc və kədərinin, adət -ənənələrinin, parlaq şəkildə əks olunduğu nağıllar, uşaq oyunları, tapmacalar, atalar sözləri, yanıltmaclar, bayatılar, oxşamalar və s folklor nümunələri xalqımızın yoluna işıq salan əbədi mayakdır. Sonra kitabı təqdim edərək qeyd etdi ki, illustrasiyalı və rəngli formada nəşr edilmiş “Balalara hədiyyə” kitabında elə Azərbaycan folkloruna aid bir çox nümunələr toplanmışdır. Böyükdən kiçiyə hər kəsin maraq dairəsinə uyğun olaraq çap olunmuş kitab uşaqlara yazıçı tərəfindən böyük töhfədir. Tədbirdə uşaqlar kitabdan nağıllar, şeirlər, məsəllər oxudular. Tədbir maraqlı müzakirələrlə sona çatdı.