Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yarımçıq qalmış ömür dastanı” başlıqlı anım günü keçirilib

29.07.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 28.07.2022-ci il tarixdə II  Qarabağ Vətən müharibəsi şəhidi Samir Abdullayevin anadan  olmasının 24 illiyi münasibətilə "Yarımçıq qalmış ömür dastanı" başlıqlı anım günü keçirdi. Filialın müdiri Rahilə Qasımova tədbiri bu sözlərlə başladı: II Qarabağ Vətən müharibəsi bizim gənclərin necə vətənpərvər, cəsur, yenilməz olduğunu göstərdi. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Bu gün biz belə qəhrəman şəhidlərimizdən biri Samir Abdullayevin anım gününü qeyd edirik. Samir Abdullayev 28.07.1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Filialın müdiri Samirin qısa ancaq mənalı həyat və döyüş yolu   haqqında  ətraflı məlumat verdi. Samir müharibənin ilk günündən çətin döyüşlərdə iştirak etmişdir. O,  Füzuli rayonu uğrunda gedən döyüşlərdə çox böyük qəhmanlıq göstərərək 25.10.2020-ci ildə şəhid olmuşdur.  Dövlətimiz tərəfindən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Tədbirdə tarix müəllimi Arifə Abbasova  Azərbaycan gənclərinin  vətənpərvərliklərindən, qorxmazlıqlarından, onların əfsanəvi qəhrəmanlıqlarından  vətəni öz canlarından  əziz tutduqlarından söhbət açdı. Tədbirdə iştirak edən GDU-nin  3-cü kurs tələbəsi Nəzrin Hüseyinova isə I və II Qarabağ müharibəsi qəhrəmanlarına yazılmış şeir və  nəşr edilmiş  kitablar haqqında məlumat verdi. Onu da qeyd etdi ki,  onları oxumaq hər birimizin insanlıq borcudur. Bu gün ki,  həyatımız üçün biz şəhidlərə borcluyuq. Məktəblilər Xalq şairi Fikrət Qocanın "Şəhid ruhunun anasına pıçıldadıqları" şeirini söylədilər.

 

68.6 KB