28.07.2022
28.07.2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər Mədəniyyət evində Ümumdünya İnsan alverinə qarşı mübarizə günü üçün "İnsanları Maarifləndirək" adlı dəyirmi masa keçirildi.Tədbirdə şəhər Mədəniyyət evinin işçiləri , şəhər kitabxana filialının işçiləri və şəhər sakinləri iştirak edirdi.Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən açaraq qeyd etdi ki, dünya birliyinin davamlı səylərinə baxmayaraq insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Bu baxımdan əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, onun qurbanlarına hərtərəfli yardımın göstərilməsi istiqamətində zəruri addımlar atırlar.Tədbirin davamında şəhər Mədəniyyət evinin kütləvi iş təşkilatçısı Məmmədova Sənayət söylədi ki, insаn аlvеrinin mаhiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimаiyyətin diqqətinin qurbаnlаrın üzləşdiyi prоblеmlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq keçirilir.