Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaqlar işgəncələrə yox deyir!” adlı dəyirmi masa keçirilib

28.07.2022

28.07.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Uşaqlar işgəncələrə yox deyir!” adlı dəyirmi masa keçirdi. Tədbir uşaq şöbəsinin fəal oxucuları ilə birgə keçirildi. Uşaqlar dünyanın ən böyük səadətidir. Onlarsız həyatın sevinci yoxdur. İnsan həyatında hər zaman ən məsum,günahsız varlıqlar məhz uşaqlardır. Hər bir ailənin xoşbəxtlik timsalı , dünyanın sülh rəmzi yenədə onlardır. Amma bu xoşbəxtlıyə göz qırpmadan qıyanlarda var. Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. Uşaqlara qarşı hər bir zoprakılıq halı , o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.Dünyada gedən müharibələr və münaqişələr nəticəsində hər gün uşaqlar qətlə yetirilir.Uşaqlar daim qayğı altında böyüməlidirlər və onların həyatını qorumaq hər kəsin başlıca vəzifəsidir. Uşaq zorakılığına yox deməliyik!

 

97.8 KB