28.07.2022
27.07.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı "2015-2025-ci illər üçün Azərbaycan gənclərinin inkişaf strategiyası" ilə bağlı "İdmançılarımız fəxrimizdir" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq "2015-2022-ci il illər üçün Azərbaycan gənclərinin inkişaf strategiyası" haqqında məlumat verdi. Həmçinin qeyd etdi ki, tədbirə idmanın müxtəlif növlərində nailiyyəti olan gəncləri və uşaqlari həmçinin idman sahəsində çalışan insanları dəvət etmişik.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun aparıcı məsləhətçisi Elza Hümbətova, 2 saylı Uşaq Gənclər İdman Şahmat məktəbinin şahmat üzrə əməkdar məşqiçi müəllimi Elçin Axundov, 2 saylı Uşaq Gənclər Şahmat məktəbinin dama üzrə baş məşqiçi müəllimi Gülşən Abdullayeva, 29 saylı tam orta məktəbin şagirdi Taylandda yaşıdları arasında 2 qat Dünya çempionu, Ruminyada dünya 2-si, 5 qat Azərbaycan çempionu, beynəlxalq yarışlar qalibi Leyla Budaqova və Taekvando üzrə Gəncə və Bakı şəhərlərində keçirilən yarışlarda 2,3-cü yerlərin qalibi Xəyal İmamquliyev çıxış etdilər.
Çıxış edənlər söylədilər ki, müasir dövrdə idman cəmiyyətin bütün sahələrinə nüfüz edərək əmək və həyat fəaliyyətinə, yaşayış tərzinə, millətlərarası və dövlətlərarası münasibətlərə güclü təsir göstərir, idman mərdlik, iradəlik, dözümlülük, qəhrəmanlıq məktəbi olmaqla insanı həyata hazırlayır, çətinliyə sinə gərməyi öyrədir.
Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur. İdmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə idman və bədən tərbiyəsi təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəblər səviyyəsində inkişaf etdirilir. Sonda qeyd edildi ki, idmanımızda olan böyük uğurlar dövlətin idmana və idmançılara göstərdiyi qayğının təzahürüdür.