Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Açıq havada nağıllardan ibarət sərgi təşkil edilib

27.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabaxana Sisteminin 17 saylı kitabxana filialı 26.07.2022-ci il tarixində açıq havada "Tülkünün kələyi", "Padşah və dəmirçi", "Dostlaşmış nağıllar", "Sirus və Virusun macəraları" və başqa nağıllardan ibarət sərgi təşkil etdi.

Daha sonra kitabxanaçı qeyd etdi ki, nağıllar insanın dünyagörüşünü, həyata münasibətini, zülmə qarşı münasibətini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Nağıllar uşaqların xəyal dünyalarında yaratmış olduqları qorxuları aradan  qaldırır. Qarşılaşdıqları çətinlikləri qavramasına, həll yolu tapmasına kömək edir. Şəxsiyyətlərini inkişaf etdirir. Buna görədə, uşaq ikən, uşağın təxəyyülünün  söz ehtiyatını artırmaq üçün, mütəmadi olaraq onlara nağıl oxumaq lazımdır. 

 

109.9 KB

 

116.5 KB