27.07.2022
27.07.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara Xidmət Şöbəsində Şair-publisist Əli Həsənin şəhid Polkovnik Leytinant Anar Əliyevə həsr olunmuş “Şəhadət Yolçusu”adlı kitabın təqdimatı keçirilmişdir.Tədbiri giriş sözü ilə Xidmət şöbəsinin kitabxanaçısı Tamella Məhərrəmova açaraq,”Şəhadət yolçusu” adlı kitabda Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində adı və əməlləri ilə düşmənlərin canına vahimə salan əfsanəvi kəşfiyyatçı zabit,Vətən Müharibəsi Qəhrəmanı,Naxçıvan XTQ-nin biriqada komandiri,şəhid polkovnik-leytenant Anar Vaqif oğlu Əliyevə həsr olunan şeirlər toplanmış kitabından danışdı. Kitabxanaçı Məhbubə Əliyeva,Bağırlı kənd kitabxana filialının müdiri Məhsəti Məmmədova çıxış edərək bildirdilər ki, 23 il Vətənə xidmət edən polkovnik-leytenant Vətən müharibəsində xüsusi təyinatlı komandir kimi Cəbrayıl, Qubadlı və Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə ön cərgələrdə vuruşmasından,vətən torpağının azadlığı uğrunda canından keçən Anar Əliyevin və onun kimi minlərlə igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacağından nəsildən-nəslə keçəcəyindən,və bu gün Anar Əliyevin və minlərlə şəhidlərimizin ruhu şaddır, qanlarını axıtdıqları torpaqlar düşmən tapdağından azad olunmasından, indi həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağının dalğalanmasından danışdılar.