27.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyası Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş sərgi təşkil etmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə məlumat verərək bildirmişdir ki,
Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb, Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb."Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Dünyaya səs salmış II Qarabağ müharibəsində Şuşanın azad edilməsi hər kəsi heyran edir. Çünki Şuşa topla-tüfənglə, tankla deyil Azərbaycan oğullarının cəsarəti, mərdliyi sayəsində düşmən tapdağından qurtuldu. Əlbəyaxa döyüşlə igidlərimiz bu torpağı canları, qanları bahasına geri aldılar. Şuşanın geri qaytarılması xəbəri ölkədə böyük coşqu və sevinclə qeyd olunmuş, insanlar meydanlara axışaraq bu zəfəri böyük təntənə ilə qeyd etmişdi.
Android için Mail.ru uygulamasından gönderildi