Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Insan alverinə yox deyək” başlığı  altında tədbir keçirilib

26.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 26.07.2022-ci il tarixində Ümumdünya  insan alverinə qarşı mübarizə günü ilə əlaqədar “Insan alverinə yox deyək” başlığı  altında tədbir keçirdi.Tədbiri 1 saylı filialın kitabxanaçısı Günay Əmiraslanova açaraq qeyd etdi ki, bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. Dünya birliyinin davamlı səylərinə baxmayaraq insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Bu baxımdan əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, onun qurbanlarına hərtərəfli yardımın göstərilməsi istiqamətində zəruri addımlar atırlar. Kitabxanamızda bu problem ilə mübarizə istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir,və gənclər arasında təbliğat aparılır.Tədbirdə iştirak edənlər  bu mövzu ətrafında öz fikirlərini bildirdilər.

 

78.6 KB