26.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 26.07.2022- ci il tarixində Azərbaycanın dedektiv yazıçısı,nasir,publisist, xalq yazıçısı Çingiz Abdullayevin kitablarının qısa xülasəsi keçirildi.Kitabxananın müdiri Zeynəb Məmmədova əvvəlcə tədbir iştirakçılarını salamladı və müəllif Çingiz Abdullayevin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.Sonra bildirdi ki, onun yazdığı "Bumeranq zərbəsi"kitabında hadisələr Rusiyanın bir neçə şəhərində cərəyan edir.Dalbadal qətllər törədən seksual manyak Veniamin ardınca heç bir iz qoymur.Bu kitabda hüquq mühafizə orqanlarının üzləşdiyi çətinliklər təsvir olunur.
"Freyd üçün etüd" romanında hadisələr Moskvada cərəyan edir.Evindən bahalı əşyalar itən zəngin iş adamının meyiti tapılana qədər bu işə təkcə oğurluq hadisəsi kimi baxılırdı.Sonrakı araşdırmalarda yeni- yeni faktlar üzə çıxır.
"Rəzalətin son həddi"kitabında söhbət keçmiş sovet ölkələrinin sabirində baş nazirin müavininin müəmmalı şəkildə ölümünün araşdırılmasından gedir.
"Vicdanın adaptasiyası"adlı kitabında isə seriya qətllər törədən və az qala bütün Rusiyanı ayağa qaldıran qatilin həbsindən, məhbəsdən qaçışından və intiharından bəhs edilir.
Tədbir maraqla izlınildi və oxucuların marağına səbəb olan suallar cavablandırıldı.