Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əlcək” nağılının oxusu keçirilib

26.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı” layihəsi çərçivəsində dünya şifahi xalq ədəbiyyatı nümunələrinin təbliği ilə əlaqədar Ukrayna xalq nağılı “Əlcək” nağılının oxusunu keçirtdi. Tədbirin aparıcısı 15 saylı filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün “Əlcək” Ukrayna xalq nağılını ucadan, ifadəli şəkildə kiçikyaşlı tədbir iştirakçıları üçün oxudu. Sonra uşaqların yaddaşını yoxlamaq məqsədilə əlcəyə daxil olan heyvanları ardıcıllıqla sadalatdırdı və nağılda adı keçən heyvanların quruluşu, çıxartdıqları səslər barəsində onlarla söhbət apardı. Xoş əhval-ruhiyyədə keçən “Nağıl saatı”nın sonunda kitabxanaçı uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

500 KB