26.07.2022
26.07 2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Samux şəhər Mədəniyyət evində "Qarabağ Azərbaycandır" başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə şəhər Mədəniyyət evinin işçiləri Əliyeva Gülşən, Məmmədova Sənayət, şəhər kitabxana filialının işçiləri Gözəlova Bahar, Ələkbərova Samirə Mirzəyeva Fatma və şəhər sakinləri Məmmədov Faiq, Məmmədov Əjdər, Süleymanov Yasin, Pənahova Lətafət iştirak edirdi.Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu misli görünməmiş qəhrəmanlıq və şücaət göstərərək, Ermənistanın işğalçı qüvvələri üzərində qələbə qazandı. Şanlı ordumuzun canları və qanları ilə qazandığı bu uğur Azərbaycanın qüdrətinin ən yüksək nümunəsidir. İşğal altında olan bir çox ərazilərimizin azad olunmasında canlarından keçən şəhidlərimizin xatirəsini böyük minnət və ehtiramla anır, qazilərimizə şəfa, güc və qüvvət diləyirik. Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanması qürur və fəxarət mənbəyidir.Tədbirin davamında şəhər Mədəniyyət evinin kütləvi iş təşkilatçısı Məmmədova Sənayət söylədi ki, hazırda işğaldan azad olunmuş torpaqlarda işlər gedir – burada quruculuq dövrü başlayıb. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını ən vacib məsələ hesab edərək, hər rayona, şəhərə, kəndə şəxsən baş çəkir, tapşırıqlarını verir və onların icrasını yoxlayır. Erməni vandalizminin dəhşətli nəticələrini nəzərə alsaq, bir vaxtlar çiçəklənən kəndlər tamamilə dağılıb, vaxtilə həyatın qaynadığı gözəl şəhərlər xarabalığa çevrilib - burada böyük işlər aparılacaq