26.07.2022
26.07.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "Qarabağ Azərbaycandır" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə iştirak etdilər:Samux rayon Mədəniyyət Mərkəzi işçiləri və Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri.
Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı və o, çıxışında Qarabağın tarixi Azərbaycan torpağı olmasından, erməni siyasi rejiminin işğalçı mövqeyindən, 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyətindən, Azərbaycan ordusunun yenilməzliyindən, xalqımızın birliyindən geniş məlumat verdi.
Sonra söz Mədəniyyət Mərkəzinin baş metodisti Hüseynova Göyçəyə verildi.O, qeyd etdi ki, elə bir Azərbaycan vətəndaşı tapılmaz ki, respublikamızın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi üçün canından keçməyə hazır olmasın. Hər bir vətəndaşımız bu məqsədə nail olmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdır. Çünki Qarabağın işğaldan azad edilməsi təkcə Azərbaycan dövlətinin deyil, bu torpaqda yaşayan hər kəsin, eləcə də biz mədəniyyət sahəsində çalışan hər bir işçinin, əməkdaşın da arzusu, amalı, problemidir.
Daha sonra söz Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Verdiyeva Afərimə verildi. O, qeyd etdi ki, doğma Qarabağın geri qaytarılması məramı xalqımızı Azərbaycan dövlətinin və Prezidentinin ətrafında sıx birləşdirən başlıca dəyərə, milli birliyə və vətəndaş həmrəyliyinə çevirib. Biz xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiq olduğumuzu bu gün bir daha bəyan edir və Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək milli birlik və vətəndaş həmrəyliyi nümayiş etdiririk. "Qarabağ Azərbaycandır!" çağırışı hər bir vətəndaşımızın şüarına çevrilib və hər birimizin fəaliyyət istiqamətidir.