Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan musiqisi və Fikrət Əmirov yaradıcılığı” başlıqlı onlayn tədbir keçirilib

25.07.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 25.07.2022-ci il tarixdə Azərbaycanın dahi bəstəkarı, xalq artisti, musiqi və əməkdar incəsənət xadimi Fikrət Əmirovun anadan olmasının  100 illiyi münasibəti ilə "Azərbaycan musiqisi və Fikrət Əmirov yaradıcılığı" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq böyük bəstəkarın həyatı  haqqında ətraflı məlumat verdi: Bizim çox zəngin musiqi mədəniyyətimiz var. Fikrət Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur.  Fikrət Əmirov  Azərbaycan xalqının sevimli bəstəkarıdır.  
Tədbirdə Gəncə şəhər 4 saylı   Uşaq Musiqi Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Nuranə İsmayılova Fikrət Əmirovun yaradıcılığı haqqında ətraflı məlumat verdi. Nuranə İsmayılovanın bəstəkarın simfonik muğamları, operaları, baletləri,  operettaları, suitaları, dillər əzbəri olan mahnıları, xüsusən uşaqlar üçün bəstələdiyi musiqilər və kinolar üçün yazılmiş mahnıları haqqında  söylədiyi məlumatlar iştirakçıların daha çox marağına səbəb oldu. Bəstəkar bütün ömrü, bütün yaradıcılığı ilə Azərbaycan xalqına xidmət edirdi.Çünki onda çox böyük vətənpərvərlik duyğuları var idi. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, onun Fikrət Əmirov kimi böyük bəstəkarı olmuşdur və vardır. Çünki onun əsərləri bu gün də yaşayır. F. Əmirovun bəstələdiyi  müsiqilər dünyanın inkişaf etmiş ölkələrinin səhnələrində ifa edilmiş  xüsusən "Min bir gecə" baleti ona dünya söhrəti qazandırmışdır. Dövlətimiz onun adını əbədiləşdirmişdir. Gəncə Filarmoniyası, Dövlət mahnı və rəqs ansamblı onun adını daşıyır. Tədbirdə həmçinin bəstəkarın "Göy-göl" mahnısı və uşaqlar üçün yazılmış "Qatar" mahnısı səsləndirildi.
Tədbirdə F. Əmirovun həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirildi.

 

1.3 MB