Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünya şöhrətli fransız yazıçısı - Aleksandr Düma” adlı kitab sərgisi keçirilib

25.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 24.07.2022-ci il fransız yazıçısı Aleksandr Dümanın anadan olmasının 220 illiyi ilə əlaqədar olaraq “Dünya şöhrətli fransız yazıçısı - Aleksandr Düma” adlı kitab sərgisi keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin  xatirələri bir dəqiqəlik sükutla yad edildi.  MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva fransız yazıçısı Aleksandr Dümanın həyat və yaradıcılığı, “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” və s. bu kimi məşhur əsərləri haqqında geniş məlumat verərək həmin əsərlərin demək olar ki, bütün dünya dillərinə tərcümə edilərək, nəşr olunmasından ən tanınmış rejissorlar tərəfindən dəfələrlə ekranlaşdırılmasından danışdı. Göy-göl rayon  8 mart adına orta məktəbin  Azərbaycan dili-ədəbiyyat müəlliməsi Validə Hüseynova Aleksandr Dümanın  həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar jurnalist kimi də tanınmasını bildirdi MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva iştirakçıları kitabxanada rəşkil olunmuş  “Aleksandr Düma-220” başlıqlı kitab sərgisi ilə yaxından tanış etdi.

 

97.2 KB

 

106.8 KB