Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Macəra romanlarının atası - Aleksandr Düma ” adlı sərgi keçirilib

25.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 23.07.22- ci il tarixdə görkəmli fransız yazıçısı, tarix və macəra romanlarının ustası Aleksandr Dümanın anadan olmasının 220 illik yubileyi ilə əlaqədar " Macəra romanlarının atası - Aleksandr Düma " adlı sərgi keçirdi.Tədbiri kitabxanaçı Vüsalə Mustafayeva aparırdı. Kitabxanaçı əvvəlcə yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.Qeyd olundu ki, Aleksandr Düma 1802- ci ildə iyulun 24 - də Fransanın Viller- Korte  şəhərində doğulub,atası ordu generalı,anası isə isə mehmanxana sahibinin qızı olub.Dörd yaşında atasını itirən Düma anasının çəkdiyi min bir əziyyətlə böyüyüb. Bildirildi ki, yazıçı təhsil almasa da gənc Düma əlinə düşən kitabları sonsuz  həvəslə oxuyardı.Yazıçı ədəbiyyata dramaturq kimi gəldi və 1928 -ci ildə ilk sanballı əsəri olan " III Henri və onun sarayı" adlı tarixi dramı olur.Onun ardınca  " Antoni" , " Kin " ," Üç muşketyor" və.s kimi əsərlərini yazır. Qeyd olundu ki, yazıçı Azərbaycana da gəlib,Xurşidbanu Natəvanla görüşüb və Natəvanın dərin biliyi,rəssamlığı,şairliyi onu valeh edib və yazdığı " Qafqaz səfəri " əsərində şairəni xoş xatirələrlə təsvir edib.Kitabxanaçı bildirdi ki, yazıçı 1870 - ci il dekabrın 5 - də vəfat edib və öz doğma şəhərində dəfn olunub.Sonra kitabxanaçı "Macəra romanlarının atası" : Aleksandr Düma başlığı altında sərgilənən kitablar haqqında oxucuları məlumatlandırdı.

 

206.2 KB