23.07.2022
22.07.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Azadlıq carçısı" adlı tədbir keçirildi.Tədbirdə Xocalı rayon Kosalar kənd icra nümayəndəliyinin əməkdaşları,Kosalar kənd mədəniyyət evinin kollektivi və mədəni -maarif müəssisələrinin işçiləri, Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev, Bakı Dövlət universitetinin Tarix fakültəsinin müəllimi Tarixçi alim Məleykə Əlizadə və digər qonaqlar iştirak etdilər.Muzeyin direktoru Tofiq Məmmədov tədbiri açıq elan edərək Dövlət Himninin səsləndirilməsini xahiş etdi.Əhməd Cavadın həyat və yaradıcılığı haqqında muzeyin bələdçisi Xatirə İsmayılova məruzə ilə çıxış etdi.Mövzu ətrafında çıxışlar dinlənildi.Sonda video çarx nümayiş etdirildi.