Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“1 Əsirlik Yaşın Mübarək-“Novosti Gandji” adlı musiqili,ədəbi-bədii gecə keçirilib

23.07.2022

Qəzet dövrün aynasıdır. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar.

            22 İyun tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında “Novosti Gandji” qəzetinin 100 illik yubileyi münasibətilə “1 Əsirlik Yaşın Mübarək-“Novosti Gandji” adlı musiqili,ədəbi-bədii gecə keçirildi.

            İlk öncə Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

            Tədbiri oxu zalının müdiri Aidə Abdullayeva açaraq hər kəsi salamlayaraq ədəbi-bədii gecəni açıq elan etdi və “Novosti Gandji” qəzetinin fəaliyyətini əks etdirən videoçarx iştirakçılara təqdim olundu.

            Təqdimatın ardınca Milli Mətbuat günü və “Novosti Gandji” qəzeti ilə bağlı məlumatla Aidə Abdullayeva çıxış etdi və söz tədbirdə iştirak edən qonaqlara və musiqiçilərə verildi.

            Musiqili gecədə “Novosti Gandji” qəzetinin əvvəllər redaktoru olmuş gözəl xanım, ictimai xadim, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli, “Novosti Gandji” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar Bölməsinin sədri, yazıçı, dramaturq Xəzangül xanım Hüseynova, AYB Gəncəbasar bölməsinin baş məsləhətçisi Aləmzər Əlizadə, Publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), "Qızıl qələm" mükafatı laureatı-Vaqif Tnrıverdiyev, Publisist-yazıçı, peşəkar jurnalist,  “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, redaktor müavini Yaşar Nəbiyev, teatrşünas-tənqidçi Anar Bürcəliyev,  yazıçı-jurnalist İsmayıl Abbasov, ADAU-“Aqrar mütəxəssis” qəzetinin baş redaktoru, Novosti Qandji qəzetinin sabiq əməkdaşı, “Qızıl Qələm” mükafatçısı Maarif Rzayev, AMEA-Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, dosent, Novosti Qandji” qəzetinin ştatdan kənar müxbiri Aləmzər Əlizadə, AMEA-nin Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, “Novosti Qandji” qəzetinin  əməkdaşı Fatma xanım Cəfərova, şair Zahir Şirani, Gəncə M.Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva, “Gəncənin səsi” qəzetinin əməkdaşı, yazıçı Fərruxə Umarova, müxbir Mahir İsayev və bir çox qonaqlar iştirak edərək qəzetin tarixi, fəaliyyəti, qəzetlə birgə əməkdaşlıqları haqqında xoş və maraqlı mövzu ilə çıxış edərək kollektivə fəaliyyətlərində uğurlar arzulayaraq,xoş arzu və diləklərini bildirdilər.

            Tədbirin musiqili qonaqları Gəncə Dövlət Filarmoniyası Göygöl dövlət mahnı və rəqs ansablının bədii rəhbər Sahil Quliyev olmaqla muğam üçlüyü və solistlər Xəyal Əliyev, Zəminə Nuriyeva, müğənni Seymur Məmmədzadə, F.Əmirov adına 1 nömrəli Musiqi Məktəbinin saz müəllimi Saleh Tağıyev öz rəngarəng musiqi proqramı ilə kitabxananın əməkdaşı Risalə xanım isə şeirlə söyləyərək 100 yaşlı “Novosti Gandji” qəzetinin kollektivini təbrik etdilər.

            Sonda “Novosti Gandji” qəzetinin redaktoru İrina Kalaşnikova tədbirdə iştirak edən qəzetin yaxın dostlarına, bir neçə əməkdaşına, xüsusilə tədbirin ərsəyə gəlməsində əməyi olan kitabxananın müdir əvəzi Fəriqdə Qədimovaya və kollektivə ayrı ayrılıqda fəxri fərman təqdim edərək öz minnətdarlığını bildirdi.

            Sonda qəzetin kollektivinin  və qonaqların şən musiqi sədaları altında rəqsi ilə tədbir sona yetdi. Tədbir yerli kanal “Kəpəz” kanalı vasitəsilə işıqlandırıldı.

 

169 KB

 

121.4 KB