23.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 22.07.22-ci il tarixində “Hər çiçəkdən bir ləçək” başlığı altında növbəti nağıl saatı keçirildi. Qədim mədənmiyyətimizin əvəzsiz sərvəti olan nağıllar vasitəsilə uşaqlar dostluq və məhəbbət, namuslu olmaq və doğruluq, şərə və ədalətsizliyə nifrət kimi hisslər öynirlər. Onların nitq qabiliyyəti inkişaf edir, dünyagörüşü genişlənir, nağılda baş verən hadisələri dərk edərək nəticə çıxarırlar. Uşaqların sevə-sevə qatıldıqları nağıl saatında şöbənin kitabxanaçısı Nərmin Qasımova onlara “ Ulduz pərisi”, İki ayı balası” və “Arıların qəzəbi” nağıllarını oxudu. Həvəslə nağıllara qulaq asan uşaqlarla sonda maraqlı müzakirələr aparıldı. Nağıl saatı əyləncəli və maraqlı keçdi.