19.05.2018
Gəncə şəhər İcra Hakimiyyətin dəstəyi, Gəncə Musiqi Kollecinin təşkilatçılığı ilə “Dirçəliş” tamaşası nümayiş olunub. Gəncə Dövlət Dram Teatrının səshnəsində oynalınan tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.
“Dirçəliş” tamaşasının ssenari müəllifli Həsən Qeybani bildirib ki, tamaşa keçən əsrin əvvəllərindən etibarən müstəqilliyə doğru gedən yol, "Azərbaycan Xalq Cümhuriyyəti"nin yaranma prosesi, 23 ay ərzində Azərbaycanda aparılan əsas islahatlar, Cümhuriyyətin süqutundan sonrakı dövr və Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti”nə və onun qurucularına verdiyi dəyərdən bəhs edir.
Tamaşanın ssenari müəllifləri Həsən Qeybani, Mirhüseyin Nağıyev, quruluşçu rejissorlar Aytən Zeynalova, Hüseyn Cəfərov, rəssamlar Samir Məmmədov, Murad Meyfaliyevdir.
Səhnədə rolları Həsən Qeybani, Mirhüseyn Nağıyev, Elmir Məmmədov, Murad Meyfaliyev, Mədinə Mehdiyeva və digər gənc aktyorlar ifa ediblər.
Gənc aktyorların çıxışı alqışlarla qarşılanıb.