Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Poçt qutusu” hekayəsinin müzakirəsi keçirilib

22.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı görkəmli Azərbaycan yazıçısı C.Məmmədquluzadənin məşhur “Poçt qutusu” hekayəsinin müzakirəsini keçirtdi. Tədbiri filialın kitabxanaçısı Esmira Məlikova apardı. Kitabxanaçı ilk öncə bənzərsiz nasir, kiçik hekayələrin böyük ustadı, qüdrətli dramaturq, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi şöhrət qazanmış görkəmli yazıçı və ictimai xadim C.Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra qeyd etdi ki, ustad yazıçının məşhur “Poçt qutusu” hekayəsi milli ədəbiyyatımızda hekayə janrının ən kamil nümunəsi kimi dəyərləndirilir. Və əvvəldən tərtib olunmuş plan əsasında əsərin müzakirəsini təşkil etdi. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin VI sinif şagirdləri Gülmira  Əliyeva, Raul Novruzlu, Onur Qurbanov, Ayşən Əliyeva, Səmayə Əsədzadə xüsusilə fəallıq nümayiş etdirdilər. Müzakirə zamanı hekayənin qəhrəmanı Novruzəlinin timsalında o zamankı mənən saf, ancaq avam Azərbaycan kəndlisinin düşdüyü vəziyyətin bütün məqamları qeyd olundu. Aparıcı lazımı anda müzakirələrə müdaxilə edərək, hekayəni canlı saxlamaq məqsədilə bu məşhur əsərin ən mühüm məqamlarını olduğu kimi məktəblilərin nəzərinə çatdıraraq çıxışçılara istiqamət verdi. Bununlada müzakirənin müəyyən olunmuş, düzgün məcrada keçməsinə, əsərin bütövlükdə və düzgün qiymətləndirilməsinə nail oldu. Sonda kitabxanaçı tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

670.2 KB