Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mətbuat gününə həsr olunmuş dəyirmi masa keçirilib

21.07.2022

21.07.2022 ci tarixində  Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər Mədəniyyət evində Mətbuat günü ilə əlaqədar dəyirmi masa keçirildi.Tədbirdə şəhər Mədəniyyət evinin işçiləri Əliyeva Gülşən, Məmmədova Sənayət, şəhər kitabxana filialının işçiləri Gözəlova Bahar, Ələkbərova Samirə, Mirzəyeva Fatma şəhər bələdiyyəsinin işçisi Hüseynova Tükəzban və kənd sakinləri Məmmədov Faiq, Mirzəyev Xəyyam, Məmmədov Afdandil, Həsənov Etibar iştirak edirdi.Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən açaraq  Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsi olduğunu qeyd etdi.Tədbirin davamında şəhər bələdiyyəsinin işçisi Hüseynova Tükəzban çıxışında qeyd etdi ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

 

107.4 KB