21.07.2022
20.07.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirikmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Uşaqlıqdan hüquqlarını bil!”adlı söhbət keçirdi. Tədbir uşaq şöbəsinin fəal oxucuları ilə birgə keçirildi. İlk öncə kitabxanaçı Zəminə Məmmədova uşaqları salamladı və onlara “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikasının Qanun qəbul edilməsindən danışdı. Ölkəmizdə uşaqların inkişafına mühüm məsələlərdən biri kimi yanaşdığını,uşaq hüquqlarına dair milli qanunvericiliyinin təkimləşdiyini diqqətə çatdırdı,uşaqların üzərinə düşən vəzifəni –qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq,səhiyyə xidmətindən yararlanmaq ,ailədə yaşamaq ,istirahət etmək və digər hüquq və vəzufələri geniş izzah etdi. Uşaqların sualları cavablandırıldı.