21.07.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı Kitabxana filialında 2022- ci ilin Azərbaycanda "Şuşa ili" elan edilməsi ilə əlaqədar 20.07.2022-ci il tarixdə "Sən tarixin özüsən, Azəbaycanın gözüsən " başlığı altında dəyirmi masa keçirdi. Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri açan böyük kitabxanaçı Nahidə Əliyeva qeyd etdi ki, Şuşa şəhəri zəngin inkişaf yolu keçmişdir. Bənzərsiz tarixi görkəmini və formalaşdığı özünəməxsus mühiti həmişə qorunub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir səlnaməmizə əlamətdar səhifələr yazmışdır. Sonra 4 saylı musiqi məktəbinin müəlliməsi Rəna Behbudova bildirdi ki, Şuşa sadəcə bir yer adı deyil, bu gün hər bir azərbaycanlı üçün Şüşa tariximiz, mədəniyyətimiz, qürurumuz, 44 günlük müharibə nəticəsində əldə etdiyimiz böyük zəfərimizdir. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir.
Sonra kitabxananın oxucusu Mehriban Verdiyeva qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərluyi ilə ordu və xalq vətənin müdafiəsi və torpaqlatımızın işğaldan azad olunması uğrunda bir yumruq kimi birləşdi. Az keçmədi ki, Ali Baş Komandan zəfər xəbərini xalqımıza çatdırdı:"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtmışıq, biz səni dircəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!". Sonra isə tədbir iştirakçıları mövzu ətrafında öz fikirlərini bildirdilər.
Tədbirdə kitabxananın fəal oxucuları iştirak edirdi.