18.05.2018
MKS - nin 7 saylı kitabxana filialı N.Nərimanov adına 25 saylı orta məktəblə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “ Xalqın yaşadacaq , tarix unutmayacaq ” adlı anım günü keçirdi. Tədbir ulu öndərə həsr olunmuş “ Sən elə bir zirvəsən ki, ”musiqisinin sədaları altında başladı. Öncə dahi öndərin xatirəsi yad edildi. Kitabxananın müdiri Natella Hacıyeva qonaqları salamdı və ənənəvi olaraq keçirilən bu tədbirin əhəmiyyətindən danışdı. Cıxış edənlər H. Əiiyevin Azərbaycan xalqı qarşısında olan tarixi xidmətlərindən, Azərbaycanın uğurlu xarici siyasəti, milli – mənəvi dəyərlərimizin, mədəniyyətimizin inkişafindakı danılmaz rolu və yorulmaz fəaliyyəti ilə bağlı geniş məlumat verdilər. Sonra məktəbin fəal şagirdləri tərəfindən ulu öndərə, vətənə ,bayrağa həsr edilmiş şeirlər, mahnılar səsləndirdilər. Tədbirin sonunda iştirakçılar kitabxana əməkdaşları tərəfindən düzənlənmiş “Böyuk ömürdən səhifələr” adlı sərgi ilə tanış oldular.