20.07.2022
19 iyul 2022-ci il Gəncə şəhərində yerləşən Kəlbəcər rayon Mədəniyyət Sarayında Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Gəncə Dövlət Kukla Teatrının təşkilatçılığı ilə 36-cı teatr mövsümünü Əhməd Orucun “Zınqırovlu pişik” tamaşası ilə başa vurdu.
Tamaşada Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru Arif Marifli, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, Respublikanın Əməkdar artisti Elçin Elçiyev, şəhid və qazi övladları, digər qonaqlar iştirak etmişlər.
Tamaşanın quruluşçu rejissoru, II Vətən müharibəsi qazisi, Prezident mükafatçısı, teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssam Sara Məmmədovadır. Əsas rolları Fəxri Mədəniyyət işçisi Səməd Xanəhmədov, Elmar Vəliyev, aktyor Məhəmməd Hacıyev və teatrın aparıcı aktrisaları Zülfiyyə Əliyeva, Nərmin Şərifova ifa etdilər.